Azərbaycanlı hakim Avropa çempionatına təyinat alıb

Azərbaycanlı minifutbol hakimi Ramil Namazov bu il Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatına təyinat alıb.

Komanda.az xəbər verir ki, referi turnirin oyunlarını idarə edəcək 14 ədalət təmsilçisi arasında yer alıb.

Mayın 27-dən iyunun 4-dək təşkil olunacaq Avropa çempionatında Azərbaycanın minifutbol yığması da çıxış edəcək. Milli komanda Fransa, İtaliya və Avstriya yığmaları ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button