“Azərbaycan qeyri-adi komanda olduğunu göstərdi” – Modriç

Xorvatiya millisinin kapitanı Luka Modriç AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Modriç, 2:1 hesabıyla bitən matçı belə şərh edib:

“Gözlədiyimizdən də çətin oldu. Oyunun çox asan keçəcəyini də düşünmürdük. Ən vacibi 3 xal qazanmaq idi və seçmə mərhələyə qələbə ilə başladıq. Məncə, biz daha yaxşı tərəf idik. Rəqib isə əks-hücumlar zamanı təhlükə yarada bilirdi.

Ümumiyyətlə, Azərbaycan qeyri-adi komanda olduğunu göstərdi. İstənilən halda, nəticədən razı qalmalıyıq. Seçmə mərhələlərdə belə rəqiblərin müqavimətini qırmaq çətin olur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button