“Qəbələ” – “Səbail” matçının baş hakimi dəyişdi

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qəbələ” – “Səbail” oyununun baş hakimi dəyişib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, Hakimlər Komitəsindən verilən məlumata görə, Rəhim Həsənov şəxsi səbəblərdən Qəbələyə yollana bilməyəcək. Onu referi Rəşad Əhmədov əvəzləyəcək.

Bu gün keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 15:00-da başlayacaq.