“Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

Azərbaycan Premyer Liqasının 12-ci turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunundan əvvəl xüsusi tədbir olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Sumqayıt” klubunun rəsmi “facebook” hesabı məlumat yayıb. Məlumatda bildirilir ki, 22 noyabr Sumqayıta şəhər statusunun verilməsinin 70-ci ildönümünə təsadüf etdiyindən, “Sumqayıt” – “Qarabağ” oyununun başlama saatından 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionda musiqili proqram təşkil ediləcək.

Noyabrın 22-də Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçı saat 19:00-da start götürəcək.