Azərbaycan millisinin keçmiş üzvünün oğlu “Yuventus”a niyə keçməyib?

Gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeli futbolçunun “Yuventus”la ilkin müqaviləsinin olduğunu bildirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Cuqeli, gürcü futbolçunun “Yuventus”a keçidinin baş tutmamasını belə izah edib:

“Xviçanın “Yuventus”la ilkin müqaviləsi var idi, lakin klubun idman direktoru Fabio Paratiçi ayrıldı. Fabio “Yuventus”u tərk etməsəydi, Xviça orada olacaqdı. Hər halda, ilkin müqavilə var idi.

“Milan”a gəlincə, idman direktoru Massara ilə danışdıq, amma onlar düşündülər. Təklif yox idi. Paratiçi “Tottenhem”ə gedəndən sonra Xviçanı ora icarəyə götürmək istəyirdilər, amma biz razı olmadıq. Futbolçunun özü də icarəyə qarşı çıxdı”.

Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğlu olan Xviça İtaliyanın “Napoli” klubu ilə anlaşıb.

Bizi Telegramda izləyin