Azərbaycan millisi Moldova ilə iki yoxlama oyunu keçirəcək

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Moldovada təlim-məşq toplanışı keçəcək.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanış çərçivəsində Moldova yığması ilə iki yoxlama matçında gücünü sınayacaq.

Bu gün startı verilən toplanış fevralın 22-dək Bakıda, 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda baş tutacaq.

U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşacaq. Hər iki görüşün saat 15:00-da başlanması planlaşdırılır.

N.Ad / SoyadKlub
1Məhdi HəsənovNeftçi
2Rauf ƏyyubovSabah
3Həzrət SəmədovSabah
4Murad QurbanovZirə
5Məhəmmədəli MəmmədovTuran Tovuz
6Tuncay ƏhmədovSabah
7Tunar MuradovTuran Tovuz
8Fərid AbdinovStroqino (Rusiya)
9Nadir NəsibliMOİK
10İlkin HəzizadəSumqayıt
11Əli QazibəyovQarabağ
12Abdulaziz CabbarlıQarabağ
13İbrahim BabayevBarselona
14Nurlan ZeynallıSumqayıt
15Vusal KərimovNeftçi
16Əhliman SuleymanzadəZirə
17Sabutay HaciAlboraya (İspaniya)
18İslam HəsənovQrafiçar (Serbiya)
19Əli İbrahimQarabağ
20Nicat NərimanovBrommapoykarna (İsveç)
21Əhməd VəliyevQarabağ
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button