Azərbaycan Avropa çempionatında 14 şahmatçı ilə təmsil olunacaq

Azərbaycanı Polşanın Katovitse şəhərində təşkil ounacaq şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.

Bu barədə Komanda.az-a Azərbaycan Şahmat Federasiyasından bildirilib.

Qitə çempionatında Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaqlar.

Avropa çempionatı gələn il keçiriləcək dünya kubokuna vəsiqə qazandıracaq. Aprelin 7-də startı veriləcək mötəbər yarışda 43 ölkədən 502 şahmatçı iştirak edəcək.

Qitə çempionatı 11 turdan ibarət olacaq. Yarışa aprelin 19-da yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button