Avropa Liqasının və Konfrans Liqasının final matçları İstanbulda keçiriləcək

2026-cı ildə UEFA Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının final oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul edilib.

Avropa Liqasının həlledici matçı “Tüpraş” stadionunda keçiriləcək. Konfrans Liqasının final oyununu qəbul edəcək stadionun adı isə açıqlanmayıb.

2019-cu ildə UEFA superkubokunun final matçı “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Tüpraş” stadionunda keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button