Avropa Liqası: Həftənin futbolçusu olmağa namizədlər bilindi

UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, bunlar “Latsio”dan Matias Vesino, “Ferentsvaroş”dan Tokmak Nquen, “Arsenal”dan Markinyos və “Betis”indən Villian Jozedir.

Vesino “Feyenoord”a 4:2 hesabı ilə qalib gəldikləri matçda meydanın mərkəzindən qol vurub.

Nquen “Trabzonspor”u 3:2 hesabı ilə yendikləri qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Markinyos “Sürix”i 2:1 hesabı ilə yendikləri görüşdə qol və məhsuldar ötürmə müəllifi olub.

Villian Joze isə HJK-yə 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.

Həftənin futbolçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə nəticəsində müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button