Avropa Liqası: Bu gün 1/4 finalın cütləri bilinəcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılacaq.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma saat 16:00-da başlayacaq.

1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya “Bayer”inin də növbəti rəqibi məlum olacaq.

Avropa Liqasında 1/4 final mərhələsinin iştirakçıları: “Atalanta”, “Roma”, “Milan” (hamısı İtaliya), “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə), “Bayer” (Almaniya), “Benfika” (Portuqaliya), “Marsel” (Fransa).

1/4 final mərhələsinin oyunları aprelin 11-də və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button