Avropa çempionatı: Azərbaycanlı güləşçi yarımfinala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, idmançı 1/4 finalda Elena Bruqqerə (Almaniya) qalib gəlib.

Elnurə Məmmədova (50 kq) təsnifatda Aqata Valerzaka (Polşa) uduzub.

Bu gün iki yunan-Roma güləşçisi qızıl, biri bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) eyni raundda Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yeri tutmaq üçün Suner Konunovla (UWW) qarşılaşacaq.

Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button