Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda 1/8 finalda Qazaxıstanla qarşılaşacaq. Oyun “Tipos Arena”da, saat 00:00-da start götürəcək.

Bu gün həmçinin, 1/8 finalda Rumıniya – Avstriya, Yunanıstan – Serbiya, Çexiya – Monteneqro görüşləri baş tutacaq.

Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Turnir iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button