Avroliqada həftənin ən yaxşısı bəlli oldu

UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, qurumun saytında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, “Arsenal”ın hücumçusu Qabriel Martinelli qrup mərhələsinin 2-ci turunun ən yaxşı oyunçusu olub.

O, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğuda Donyell Malen (PSV), Məhəmməd Elyunussi (“Seltik”) və Rafael Forsteri (“Ludoqorets”) qabaqlayıb.

Qeyd edək ki, Martinelli “Standard”a 4:0 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button