Simeone: “Kiməsə ayrı-seçkilik etmirəm”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan argentinalı mütəxəssis, bir çox oyunda erkən qol vurmaq imkanlarını dəyərləndirə bilmədiklərini deyib:

“Bir çox oyunda erkən qol vurmaq imkanımızı boşa vermişik. Bu, oyunun gedişatını dəyişə biləcək fürsətlər olub. Bəzi matçlarda dəyərləndirə bilmişik, bəzilərində isə yox.

Kimin nə qədər oynayacağı performansına görə müəyyən olunur. Kiməsə ayrı-seçkilik etmirəm və bütün futbolçular bunu bilir. Komandanın yaxşılığı üçün qərarlar verirəm”.

“Atletiko” La Liqada 4-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button