Asensio qərarını verib

“Real”ın yarımmüdafiəçisi Marko Asensio karyerasını Fransada davam etdirə bilər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, PSJ onunla maraqlanır. Tərəflər keçidlə bağlı danışıqlar aparır. 27 yaşlı futbolçunun agenti Xorxe Mendeşlə Paris klubunun idman müşaviri Luis Kampos arasında isti münasibətin olması anlaşmaya müsbət təsir göstərə bilər.

İspaniyalı ilə “Aston Villa”, “Yuventus” və “Milan” da maraqlanır. Lakin o, PSJ variantına daha çox üstünlük verir.

Asensio 2022/23 mövsümündə “kral klubu”nun heyətində bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə edib. Marko mövsümün sonunda azad agent kimi klubu tərk etmək qərarını verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button