“Meydanda onunla sadəcə baxışmağımız kifayət edir” – Obameyanq

“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, “topçular”ın əfsanəsi olmaq istədiyini deyib:

“Arsenal”a gəlmək mənim üçün çətin bir qərar idi. O zamanlar çox qərarsız idim, amma artıq “Arsenal”ın əfsanəsi olmaq istəyirəm”.

Aleksandr Lakazett haqqında da danışan futbolçu, bunları deyib:

“Lakazettlə eyni futbol anlayışına sahibik. Meydanda onunla sadəcə baxışmağımız kifayət edir. Aleksandrla birlikdə oynadığım üçün şanslıyam”.

“Borussiya”dan transfer olunan Obameyanq, “Arsenal”da keçirdiyi 64 oyunda 41 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button