
“Arsenal”ın futbolçusu əsas məqsədlərini açıqladı
“Arsenal”ın yarımmüdafiəçisi Ebereçi Eze mövsümün qalan hissəsi üçün komandanın əsas məqsədini açıqlayıb.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, əsas məqsədlərinin trofey (UEFA Çempionlar Liqası, ölkə çempionluğu və Liqa kuboku) qazanmaq olduğunu bildirib:
“Əsas məqsədimiz trofey qazanmaqdır. Bunun üçün çalışırıq və bu, mövsümün əvvəlindən hədəfimiz olub. İndi bütün yarışlarda son mərhələdəyik, mübarizəmizi davam etdirəcəyik. İnanıram ki, hər şey uğurla nəticələnəcək”.
27 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 43 oyunda iştirak edib, 9 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Arsenal” hələ heç bir yarışdan çıxmayıb. Komanda martın 22-də “Mançester Siti” ilə İngiltərə Liqa kubokunun finalında üz-üzə gələcək.
Bizi Facebook-da izləyin



