“Arsenal”ın finaldakı rəqibi bəlli oldu

Futbol üzrə İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Arsenal” “Mançester Siti” ilə qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Digər finalçının adına “Mançester Yunayted” – “Çelsi” görüşündə aydınlıq gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə isə qələbəni qonaqlar bayram ediblər.

Beləliklə, avqustun 1-də keçiriləcək final görüşündə iki paytaxt klubu – “Arsenal”la “Çelsi” üz-üzə gələcək.

İngiltərə Federasiya Kuboku
Yarımfinal

18 iyul

Arsenal – Mançester Siti 2:0
Qol
: Obameyanq, 19; 71.

19 iyul

Mançester Yunayted – Çelsi 1:3
Qol
: B.Fernandes, 85-pen – Jiru, 45+11. Mount, 46. Maquayr, 74-öz qapısına.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button