Arteta onun “Arsenal”dan ayrılacağını təsdiqlədi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta müdafiəçi David Luizin mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə ispan mütəxəssis “topçular”ın mətbuat xidmətinə açıqlamasında deyib. O, Luizin yayda klubu tərk edəcəyini təsdiqləyib.

2019-cu ilin yayından “Arsenal”da çıxış edən 34 yaşlı futbolçu London təmsilçisində iki mövsümdə 73 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button