Arteta: “Çox xoşbəxtik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 4-cü turunda “Norviç”i məğlub etdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 1:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Çox xoşbəxtik. Çətin oyun olacağını bilirdik. İstədiklərimizi edə bildik. Vacib olan qələbə idi, onu da qazandıq.

Ardıcıl üç məğlubiyyətdən sonra belə qələbənin sevinci başqa olur. Karyeramın ən möhtəşəm on gününü yaşadım. Çətin zamanlarım oldu. Heyətdə yeddi dəyişiklik etdik və oyun fərqli alındı”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button