“Arsenal”dan Əliyevsiz növbəti qələbə

Futbol üzrə Rusiya Birinci Liqasında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kamaz”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Əliyev bu matçın iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.

“Arsenal” 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button