“Arsenal”da iki ciddi itki

İngiltərənin “Arsenal” klubu ciddi itkilərlə üzləşib.

Komanda.az xəbər verir ki, London təmsilçisi Qranit Caka və Pablo Marinin xidmətindən məhrum olub.

Bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb. Xəbərdə Cakanın azı həftəlik, Marinin isə qeyri-müəyyən müddətə sıradan çıxdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, hər iki futbolçu Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilmiş “Mançester Siti” ilə səfər oyununda zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button