“Arsenal” tarixinin ən bahalı transferini etdi

İngiltərənin “Arsenal” klubu növbəti transferini həyata keçirib.

Komanda.az xəbər verir ki, London klubu Fil Dişi Sahili yığmasının Fransa doğumlu futbolçusu Nikola Pepeni heyətinə qatıb.

Bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb. 24 yaşlı sağ cinah hücumçusu Fransanın “Lill” klubundan transfer edilib. Pepe yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. O, London təmsilçisində 19 nömrəli formanı geyinəcək.

Ötən mövsüm 41 oyuna 23 qol vurmuş Pepe “Lill”də 2017-ci ildən çıxış edirdi. O, Bu kluba “Anje”dən transfer olunmuşdu.

Yeri gəlmişkən, Pepe “Arsenal” tarixinin ən bahalı transferinə çevrilib. London klubu bu keçidə görə 80 milyon avro təzminat ödəyəcək.

“Arsenal”ın bunadək ən bahalı transferi fransalı hücumçu Aleksandr Lakazet idi. O, iki il əvvəl Lion “Olimpik”indən təxminən 62 milyon avroya transfer edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button