“Arsenal” rekord transferə imza atır: 80 milyon avro

Son vaxtlar adı bir neçə klubla yanaşı çəkilən “Lill”in futbolçusu Nikolas Pepe karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Arsenal”la razılıq əldə edib. Onun tibbi müayinədən keçmək üçün bu gün Londona getdiyi bildirilir.

“Topçular”ın Fil Dişi Sahilindən olan futbolçuyla 5 illik müqavilə imzalayacağı gözlənilir. Bu keçid baş tutacağı halda, “Arsenal” klubun transfer rekordunu qıracaq. Belə ki, London klubu Pepe üçün “Lill”ə bonuslardan əlavə 80 milyon avro ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button