“Arsenal” Rays üçün yeni təklif hazırlayır

“Arsenal” “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysı transfer etmək fikrindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “çəkicdöyənlər” futbolçunu bonuslar da daxil olmaqla 90 milyon funt-sterlinqə satmaqdan imtina etdiyi üçün “topçular” yeni təklif hazırlamaq niyyətindədir.

Öncədən “Mançester Siti” və “Mançester Yunayted”in də futbolçunu transfer etmək istədiyi bildirilirdi.

İngiltərə millisinin üzvü “Vest Hem”in yetirməsidir. O, 2022/23 mövsümündə 50 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button