
“Mançester Siti” “Arsenal”dan daha yaxşı hücum edir”
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill, “Arsenal”ın Premyer Liqanın titul yarışındakı şansları barədə fikirlərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Standart zərbələri “Arsenal”ın oyununun çox vacib hissəsidir. Buna görə də son matçlarında uğur qazandılar. Onlar qol vurmaqda yaxşıdırlar, amma “Mançester Siti” hazırda daha yaxşı hücum edir. “Arsenal” qapısını toxunulmaz saxlamağa və qalib gəlməyə davam etməlidir. O zaman titul qazanmaq şansı olacaq”.
“Arsenal” hazırda 73 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. “Topçular” “Mançester Siti”dən üç xal öndədir, lakin “şəhərlilər”in ehtiyatda bir oyunu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



