52 milyon avro təklif etmək istəyirlər – serb üçün

“Arsenal” yarımmüdafiəçi Sergey Milinkoviç-Saviç üçün “Latsio”ya təklif göndərə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu 27 yaşlı futbolçu üçün “Latsio”ya 45 milyon funt-sterlinq (52 milyon avro) təklif etməyi düşünür.

Daha əvvəl bildirilmişdi ki, Roma klubunun rəhbərliyi serb futbolçunu ancaq 70 milyon avroya sata bilər.

Milinkovic-Saviç ötən mövsüm “Latsio”nun heyətində 47 oyuna çıxıb, 11 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button