“Arsenal” onu satmaq istəmir

“Arsenal” yarımmüdafiəçisi Martin Odeqardı PSJ-yə satmaq istəmir.

Komanda.az “The Mirror”-a istinadən xəbər ki, klub rəhbərliyi yay transfer pəncərəsində liderlərini satmamaq qərarına gəlib.

24 yaşlı norveçli futbolçu 2021-ci ilin avqustundan “Arsenal”da çıxış edir. Onun London klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Odeqard 2022/23 mövsümündə 45 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button