“Arsenal” “Mançester Siti”ni finala buraxmadı

Futbol üzrə İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Öncə “Arsenal” “Mançester Siti” ilə qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb. Beləliklə, “topçular” həlledici oyuna vəsiqə qazanıblar.

Digər finalçının adına “Mançester Yunayted” – “Çelsi” görüşündə aydınlıq gələcək.

İngiltərə Federasiya Kuboku, yarımfinal

18 iyul

Arsenal – Mançester Siti 2:0
Qol
: Obameyanq, 19; 71.

19 iyul

21:00. Mançester Yunayted – Çelsi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button