“Arsenal” “Liverpul”a qalib gələrək superkuboku qazandı

Futbol üzrə İngiltərə superkubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Uembli” stadionunda İngiltərə çempionu “Liverpul”la kubokun qalibi “Arsenal” üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb – 1:1. Penalti seriyasında daha dəqiq olan “Arsenal” 5:4 hesabı ilə qalib gələrək superkuboka sahib çıxıb.

Bununla da London təmsilçisi tarixində 16-cı dəfə bu titulu qazanıb.

İngiltərə Super Kuboku

29 avqust

Arsenal – Liverpul 1:1 (penaltilər 5:4)
Qol: Obameyanq, 12 – Minamino, 73.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button