“Arsenal” istədi, “Barselona” “yox” dedi

İngiltərənin “Arsenal” klubunun “Barselona”nın qapıçısı Netonu transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu bu təklifdən imtina edib. Bu barədə komandanın baş məşqçisi Ronald Kuman məlumat verib. O, Netonun komandadan ayrılmaq istədiyini təsdiqləyib:

“Meneceri onun komandadan ayrılmasına icazə verməyimizi istədi. Biz bu təkliflə razılaşmadıq. Neto bizim üçün vacib futbolçudur. Hər mövqedə güclü olmaq istəyirik”.

“Arsenal”ın 31 yaşlı futbolçunu icarəyə götürmək istədiyi deyilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button