“Arsenal” hücumçusunu bir aylıq itirdi

İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Aleksandr Lyakazett ən azı bir aylıq yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı fransalı hücumçu topuğundakı zədədən əziyyət çəkir. O, bir neçə həftə bu vəziyyətdə oynayıb. Lakin həkimlər fransalı futbolçuya istirahət etməyi və bərpa olunmağı tövsiyə edib. Lyakazettin oktyabrın ortalarında komanda ilə məşqlərə başlayacağı bildirilir.

Fransalı hücumçunun yoxluğunda “Arsenal”ı Premyer Liqada “Aston Villa”, “Mançester Yunayted” və “Bornmut”la, Avropa Liqasında “Ayntraxt” və “Standard”la, İngiltərə Kubokunda “Nottingem Forest”lə oyunlar gözləyir.

Qeyd edək ki, Lyakazett bu mövsüm 3 matçda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button