“Arsenal” yeni hücumçu almayacaq

“Arsenal” qış transfer pəncərəsində heyətinə yeni hücumçu qatmayacaq.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, klub maliyyə feyr-pley qaydalarına riayət etmək zərurəti ilə əlaqədar məşqçilər korpusunun hücum xəttini gücləndirmək istəyinə baxmayaraq, forvard almayacaq.

“Topçular” keçən yay yarımmüdafiəçi Deklan Raysı 121 milyon avroya, hücumameyilli yarımmüdafiəçi Kay Havertsi 75 milyon avroya və müdafiəçi Jurrien Timberi 46 milyon avroya transfer etmişdilər. Buna görə də, London təmsilçisinin rəhbərliyi mövsümlük transfer limitini aşmamaq üçün hücumçu almağa cəhd göstərməyəcək. 

Artıq bu mövzuda baş məşqçi Mikdel Artetaya da xəbərdarlıq edilib. O, mövsümün sonunadək mövcud heyətlə kifayətlənməli olacaq. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button