Pepeylə bağlı qərar verildi

İngiltərənin “Arsenal” klubu hücumçusu Nikolas Pepenin komandadakı gələcəyi ilə bağlı qərar verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu London klubundan ayrılmayacaq. Komandanın baş məşqçisi Mikel Arteta futbolçunun çıxışından razı olmasa da, komandadan ayrılmasını istəmir. “Topçular”ın qarşıda sıx qrafiki olduğu üçün Artetanın futbolçunun xidmətinə ehtiyacı olacaq.

Daha əvvəl klubun qış transfer pəncərəsi dövründə Pepeni icarəyə göndərəcəyi bildirilmişdi.

“Arsenal” Pepeni keçən yay “Lill”dən heyətinə qatıb. O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 13 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button