Həftədə 230 min avro alacaq – Müqaviləni uzatsa

“Arsenal” yarımmüdafiəçisi Bukayo Saka ilə yeni müqavilə imzalamaq istəyir.

Komanda.az “Football.London”-a istinadən xəbər verir ki, “topçular” ona həftəlik 230 min avro maaşla müqavilə təklif etmək niyyətindədir. 21 yaşlı ingilis futbolçu baş məşqçi Mikel Arteta üçün də vacib oyunçudur.

Saka 7 yaşından “Arsenal”da oynayır. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqa və Avropa Liqasında 9 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2024-cü ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button