Ançelottidən türkiyəli futbolçu ilə bağlı açıqlama

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın zədəli futbolçusu Arda Gülərin son durumu ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis La Liqada “Vilyarreal”a qalib gəldikləri matçdan (4:1) sonra Türkiyə millisinin üzvünün son durumu ilə əlaqədar belə deyib:

“Arda Gülər Milad bayramından sonra (25 dekabr) hazır olacaq”.

“Real” Milad bayramından sonra ilk matçında, 2024-cü il yanvarın 3-də “Malyorka”nı qəbul edəcək.

Bu ilin yayında Madrid təmsilçisinə transfer olan Arda Gülər zədə səbəbindən klubda hələ debüt edə bilməyib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button