
“Araz-Naxçıvan”ın yeni transferi komandaya qoşuldu
“Araz-Naxçıvan”ın yeni transferi Bar Koen artıq komandaya qoşulub.
Komanda.az xəbər verir ki, İran və İsrail arasında davam edən müharibə səbəbindən ölkəsini tərk edə bilməyən israilli oyunçu artıq Bakıya gəlib. O, komandasının dünən keçirilmiş məşqində iştirak edib.
24 yaşlı futbolçu 2025/26 mövsümündə “Araz-Naxçıvan”ın formasını geyinəcək.
O, “Makkabi” (Təl-Əviv), “Hapoel Hayfa”, “Beytar”, “Makkabi Netanya” klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



