“Anderlext” “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Voetbalnieuws” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, “Anderlext” klubu 23 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.

Klub “köhlən atlar”ın Belçikada “Gent”ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa skaut göndərəcək.

Cəfərquliyevi yaxından izləmək baxımından bu oyunun Brüssel klubu üçün ideal fürsət olduğu vurğulanıb.

Bu gün “Gelamko Arena”da keçiriləcək qarşılaşma saat 00:00-da başlayacaq. Bakıdakı ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button