“Xabi Alonso özünü möhtəşəm apardı”

“Real”ın sabiq baş məşqçisi Fabio Kapello, Vinisius Juniorla komandanın hazırkı çalışdırıcısı Xabi Alonso arasında baş verən insidentə münasibət bildirib.

La Liqanın 10-cu turunda, “Real”ın evdə “Barselona”nı 2:1 hesabı ilə məğlub etdiyi oyunda Vinisius 72-ci dəqiqədə əvəzlənib. Onun yerinə Rodriqo meydana daxil olub. Vinisius əvəzlənməsindən narazı qalıb, Alonso ilə əl sıxmayaraq, birbaşa paltardəyişmə otağına yollanıb, daha sonra isə ehtiyat oyunçular skamyasına qayıdıb. Meydanı tərk edərkən, o, əsəbi şəkildə “komandadan gedəcəm, getməyim daha yaxşıdır” sözlərini təkrarlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, braziliyalı vingerin həmin matçda davranışını düzgün hesab etmədiyini vurğulayıb:

“Xabi Alonso özünü möhtəşəm apardı. Bunu bütün stadionun, azarkeşlərin gözü qarşısında həll etmək olmaz. Bu cür vəziyyətlər sonradan, paltardəyişmə otağında müzakirə olunmalı və ilk növbədə komandadan üzr istənilməlidir.

Paltardəyişmə otağına hörmət vacibdir. Orada oynamaq istəyən 24 komanda yoldaşı var. Vinisius onun yerinə meydana çıxan futbolçuya hörmətsizlik etdi. Baş məşqçi əsas fiqur deyil, komanda yoldaşı daha önəmlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button