Almaniya kanslerindən peyvənd olunmaq istəməyən futbolçu ilə bağlı açıqlama

Almaniyanın kansleri Angela Merkel koronavirusa qarşı peyvənd olunmayan “Bayern”in futbolçusu Yozua Kimmix haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel, alman futbolçunun peyvənd olunmamasına belə münasibət bildirib:

“Belə qərar verməsi çox maraqlıdır. Qaydalar və qərarlar var. Ümid edirəm ki, Kimmix bunları da düşünər. Onun çox düşüncəli biri olduğunu bilirəm”.

Kimmix daha əvvəl verdiyi açıqlamada, peyvənd olunmamasının səbəbini belə açıqlamışdı:

“Peyvənd olunmamışam. Çünki peyvəndin nəticələrini görmək istəyirəm. Bunun üçün vaxt lazımdır. Virusdan qorunmaq üçün lazım olanları edirəm. İki-üç gündən bir test verirəm. Hər kəs öz qərarını verməlidir. İndi şübhələrim var, amma gələcəkdə peyvənd oluna bilərəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button