“Bavariya” Çempionşipdən futbolçu transfer edir

Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi İngiltərənin “Ridinq” klubundan Omar Riçardsı transfer edəcək. Bu barədə “Sky Sports” məlumat yayıb.

Xəbərdə, 23 yaşlı müdafiəçinin artıq tibbi müayinədən keçdiyi və yaxın zamanda “Bavariya” ilə müddəti 2025-ci ilə qədər olan sözləşmə imzalayacağı bildirilir. İngilis futbolçu yayda Almaniya klubuna azad agent kimi qoşulacaq.

Riçards bu mövsüm İngiltərə Çempionşipində 29 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button