Almaniya millisinin keçmiş futbolçusu karyerasını bitirir

Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels cari mövsümün sonunda karyerasını bitirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 35 yaşlı almaniyalı oyunçu müasir futbolun tempi ilə ayaqlaşmağın ona çətinlik yaratdığının fərqindədir.

Futbolçunun “Borussiya” ilə müqaviləsi bu yay başa çatır.

Hummels 2019-cu ildən “Borussiya”da çıxış edir. O, əvvəllər də Dortmund klubunda çıxış edib – 2008-2016-cı illərdə. Bundan əlavə, o, “Bayern”də də oynayıb.

Almaniya millisinin sabiq müdafiəçisi bu mövsüm 29 oyun keçirib və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button