Almaniya klubu baş məşqçini qovdu

“Maynts”ın baş məşqçisi Bo Svensson istefaya göndərilib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı danimarkalı mütəxəssis “Maynts”ın baş məşqçisi postundan qovulub. Komandanın yeni baş məşqçisi kimi əvvəllər klubun gənclər komandasını çalışdırmış Yan Sievert təyin olunub.

“Maynts” Svenssonun rəhbərliyi altında 9 Bundesliqa matçında 3 dəfə heç-heçə edib və 6 dəfə məğlub olub. Komanda 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button