
“Allah qoysa, mən də dünya çempionatında olacam”
“Santos”un hücumçusu Neymar hələ də Braziliya millisiylə qarşıdan gələn dünya çempionatında oynayacağına inanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sambaçı” hələ də DÇ-2026 ilə bağlı ümidini itirməyib:
“Hər kəs dünya çempionatında oynamağı xəyal edir. Allah qoysa, mən də orada olacam”.
Neymar Braziliya millisində ümumilikdə 128 oyun keçirib və 79 qol vurub. Onun yığmada sonuncu oyunu 2023-cü ilin oktyabrında olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



