“Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

Futbol üzrə İspaniya Sequndasında 41-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ximnastik”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:1.

İsrafilov bu görüşün iştirakçısı olmayıb. Buna səbəb hazırda onun zədədən əziyyət çəkməsidi.

Hazırda 52 xala malik “Alkorkon” 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button