Alaba İtaliya klublarına təklif olunub

“Real”ın müdafiəçisi David Alaba ilə bağlı transfer bazarında yeni iddia ortaya çıxıb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun agenti Pini Zahavi onu İtaliyanın iki top-klubuna – “Yuventus” və “Milan”a təklif edib.

Alabanın “Real”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq və artıq yeni klub axtarışındadır. Zədələrlə dolu mövsümdə o, bütün turnirlərdə cəmi 14 oyuna çıxıb.

Avstriyalı müdafiəçiyə həmçinin, MLS klubları və Səudiyyə Ərəbistanı təmsilçiləri də maraq göstərir. Bundan əlavə, onun ölkəsinin “Zalsburq” klubuna keçərək, gənc oyunçuların inkişafına dəstək verməsi ehtimalı da müzakirə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button