AFFA yeni liqa yaratdı – Məşqçilər hakimlik edəcək

2019/2020-ci il mövsümündən etibarən AFFA-nın təşkil etdiyi uşaq liqalarının siyahısına daha bir yaş qrupu üzrə turnir – U-9 liqası əlavə olunacaq.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, U-9 liqasının ilk mövsümü Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə keçiriləcək.

Liqada oyunlara sentyabrın son həftəsində start verilməsi planlaşdırılır. Mövsümə gələn ilin aprel ayında yekun vurulacaq.

Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək. Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq, əvəzində hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər.

Oyunların idarə olunması hər hissədə bir komandanın məşqçisinə həvalə olunacaq.