
AFFA rəsmisi “Qalatasaray” – “Yuventus” oyununa təyinat alıb
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qalatasaray” – “Yuventus” oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



