AFFA rəsmisi Belçika millisinin oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA tərəfindən növbəti təyinat alıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq.

Türkiyəli mütəxəssis oktyabrın 13-də keçiriləcək Malta – Belçika görüşünün hakim-inspektoru olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button