AFFA rəsmiləri milli komandanın üzvləri ilə görüşdü

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, AFFA rəsmiləri milliyə Avropa çempionatının seçmə mərhələsində Estoniya komandasına qarşı keçirəcəyi oyunda və Belarus yığması ilə yoxlama görüşündə uğurlar arzulayıb. Görüşdə AFFA-nın texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.

U-21 millisi Avropa çempionatının seçmə mərhələsində martın 25-də Estoniya, 29-da isə yoxlama oyununda Belarus yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button